Azərbaycanlı məşhurların toy tarixi bəlli oldu

Aktrisa Asya Atakişiyeva və aktyor Əmrah Dadaşovun toy tarixi bəlli olub. SİA-nın məlumatına görə, bu haqda Əmrahın özü məlumat verib. Belə ki, cütlüyün el şənliyi iyun ayının 1-də paytaxt restoranlarının birində baş tutacaq. Ötən ilin noyabrında nişanlanan Asya və Əmrahın şad günlərinə tanınmış simalar qatılacaq.

Qeyd edək ki, A.Atakişiyeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışır. İndiyədək “Həyat sən nə qəribəsən”, “Qayınana”, “Ata ocağı” kimi seriallarda rol alıb. Ə.Dadaşov isə Akademik Musiqili Teatrın aktyorudur. İndiyədək obrazlarına görə, müxtəlif mükafatların sahibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...