Müğənni Elnur tez-tez həmkarlarının, daha dəqiq desək Ağadadaş Ağayevin "Sən elə bir zirvəsən", Zülfiyyə Xanbabayevanın "Ayrılığa dözərəm mən", Röyanın "Yenə yaz gələcək" kimi mahnılarına müraciət edir. SİA-nın məlumatına görə, Elnur bu mahnılardan birinə ekran həyatı verib. Belə ki, müğənni musiqisi Kamala, sözləri Baba Vəziroğluna məxsus olan "Bağışlaram səni" mahnısına Fransada klip çəkdirib.
Parisin gəzməli və görməli yerlərinin əks olunduğu klipi müğənni bu günlərdə sevənlərinə təqdim edib. Məlumat üçün bildirək ki, "Bağışlaram səni" mahnısının ifaçıları sırasında xalq artisti Faiq Ağayev və Özbəkistanın tanınmış müğənnisi Nəsibə Abdullayeva var.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB