Brilyant Dadaşova: “Boşanmaqla bağlı məndən heç bir məlumat almayacaqsınız”

Brilyant Dadaşova: “Boşanmaqla bağlı məndən heç bir məlumat almayacaqsınız”
Xalq artisti Brilyant Dadaşova 27 ildən də artıq davam edən ailə həyatından sonra boşanmaq fikrinə düşüb. SİA-nın məlumatına görə, onun həyat yoldaşı, Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə münaqişələr və mübahisələrdə olduğu bildirilir. Sən demə, Brilyant Dadaşovanın Türkiyəyə tez-tez səfər etməsinin də səbəbi bu imiş. Brilyant xanım həyat yoldaşı ilə hər mübahisədən sonra Türkiyədə tənhalıqda özünə gəlirmiş.

Müğənni hələ Novruz bayramından əvvəl Səbayil rayon məhkəməsinə ərizə ilə müraciət edib. Onun səbr kasasını dolduran son damla isə 8 Martda ərinin ona heç bir diqqət göstərməməsi, hədiyyə verməməsi və hətta şəhər kənarındakı bağa yollanmasıdır: "Boşanmaqla bağlı məndən heç bir məlumat almayacaqsınız. Yaxşı olar ki, vəkilimə müraciət edəsiniz. Ərimin mənə diqqətsizliyinə gəldikdə isə, bəli, bu doğrudur. Lakin tək mənim belə vəziyyətdə olduğumu düşünmürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə