Fatimə: "Heç kimə paltar verməyəcəm" FOTO

Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkədə sənət yoldaşlarına və jurnalistlərə müraciət edib. SİA-nın məlumatına görə, Fatimə Novruz bayramı ərəfəsində ondan milli geyim istəyənlərə bildirib ki, heç kimə paltar verməyəcək: "Hörmətli sənət yoldaşlarım, jurnalistlər, sizdən xahiş edirəm mənə milli geyimlə bağlı zəng etməyin. Şəkərbura kimi Novruz bayramında xatırlamayın. Amma rica edirəm, yadınıza düşməyim. Bütün geyimlərimiz başqa şirkətlə müqavilə bağlanıb və ora verilib. Daha sonra isə keçən il etdiyiniz hörmətsizliyə görə bərbad hala düşüb. Ya geyimlərin hansısa bir hissəsini ya da ümumiyyətlə itirirsiz. Geyimləri çox səliqəsiz qaytarırsız.

Xahiş edirəm, üz vurmayın və məndən inciməyin. Bizdə paltar yoxdur. Öz geyimlərimi isə heç kimə vermirəm. Onlar mənim səhnə paltarlarımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə