Martın 8-də Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Ronald Beykerin konserti baş tutacaq. SİA-nın məlumatına görə, dünya çatında 7 solo albomu ilə "Müasir cazın ən yaxşı albomları" yerini alan ifaçı bu dəfə Bakı caz həvəskarlarının qarşısında maraqlı proqramla çıxış edəcək. Stil və formaca cəsarətli eksprimentlər edən Beyker 1950-ci illərin cazına xas olan mürəkkəb emosional mesaj və harmoniya ilə çıxış edir. Klifford Braun və Dizzy Gillespie ənənələrini davam etdirən amerikalı truba ifaçısı və vokalist Ronald Beyker həm də dünyaca məşhur caz ifaçısı Neti Kinq Koulun davamçısıdır.

Biletləri İticket.az və şəhərin bütün kassalarından əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə