Afətdən Rövşanəyə: "Sənin başın xarabdır" VİDEO

Afətdən Rövşanəyə: "Sənin başın xarabdır" VİDEO

Xəbər verdiyimiz kimi, müğənni Manaf Ağayev aparıcı Rövşanə Ağasəfqızının verilişində qonaq olub. SİA-nın məlumatına görə, proqram zamanı Rövşanə ifaçının oxumaq tərzini tənqid edib: "Siz gözəl insansınız. Amma sizin mahnılarınıza qulaq asmıram. Gözəl səsiniz var, amma janrınızı bəyənmirəm. Çalışıram efirimdə də bu tərz ifaları təbliğ etməyim".

Onun sözlərinə əsəbiləşən Manaf "Mənim sənətimi bəyənmirsiniz. Bu janrda oxuyanlardan soruşacam görüm, sizi bəyənirlər? Zövqlər müxtəlifdir. Özümdən başqa oxuyan tanımıram" cavabını verib.

Sözügedən məsələyə müğənni Afət Fərmanqızı da münasibət bildirib. O, sosial şəbəkədə ad çəkmədən Rövşanəni "yıxıb-sürüyüb": "Xalqın istəyi nədirsə, biz də həmin mahnıları oxuyuruq. Sənə kim icazə verib ki, camaatın zövqünə lağ edəsən?! Sənin zövqün etalon deyil. Əgər özünü etalon hesab edirsənsə, başın xarabdır. Get, başını müalicə elətdir".

Bütün xəbərlər Facebook səhifəmizdə