Rəhman Rəhmanov əməliyyat olundu AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Əməkdar artist Rəhman Rəhmanovun səhhətində problem yaranmışdı. Belə ki, aktyor öd kisəsi daşı xəstəliyindən əziyyət çəkirdi.

Bu haqda SİA-ya açıqlama verən aktyor artıq əməliyyat olunduğunu bildirib: "Bildiyiniz kimi səhhətimdə ciddi problem yaranmışdı. Belə ki, öd kisəsi daşından əziyyət çəkirdim. Məni çox narahat edirdi. Tez-tez kəskin ağrılarım olurdu. Buna görə də həkimlər əməliyyat yolu ilə öd kisəmi xaric etdilər. Bir neçə gün xəstəxanada qaldım. Amma artıq evə buraxılmışam. Vəziyyətim normaldır".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə