Rəqqasə Fatimənin ad günündə hansı həmkarı pul yığdı?-FOTO

Rəqqasə Fatimənin ad günündə hansı həmkarı pul yığdı?-FOTO
Dünən rəqqasə Fatimə əyləncə məkanlarından birində ad gününü qeyd edib. SİA-nın məlumatına görə, müğənni özünə ən yaxın dost bildiyi şəxsləri mərasimə dəvət edib.

Gələn qonaqlar arasında Muğam teatrını direktoru Arif Qazıyev, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, əməkdar artist Gülbahar Şükürlü, əməkdar artist Ədalət Şükürov müğənnilər Röya, Natəvan Həbibi, Ramal, Niyaməddin Səlami, Kərim, Emin Bədəlov, teleaparıcılar, Lamiyə, Lalə Əlimuxtarova, Ülvira Qarayeva, prodüserlər Təranə Səmədova, Elnur Həsənov, Kənan Bayramov və digərləri var idi.

Fatimə gələn qonaqlarını bir-bir özü qarşılayıb. Rəqqasə məxsusi gündə göy-çəhrayı libas geyinib.

Ad günü daha çox rəqqasların müxtəlif janrlarda ifaları ilə yadda qalıb.

Məclisin ən maraqlı məqamı oriyental rəqqasənin göbək rəqsi olub. Yarıçılpaq rəqqasə masaları bir-bir gəzərək məşhur kişi simalarından pul toplayıb. O, birinci Arif Qazıyevin oturduğu masaya yaxınlaşıb, siftə edib. Baba Vəziroğlu sənət dostu Arif Qazıyev kimi səxavətli olmayıb, o sadəcə alqışlamaqla kifayətlənib. Müğənni Röya salfetləri havada dalğalandırıb. Rəqqas İlham isə həmkarına göbək rəqsi ilə qarşılıq verib, ikilinin rəqsi böyük marağa səbəb olub.

Tədbiri Dövlət Rəqs ansamblının solistləri daha maraqlı edib. Peşəkarların ifası müğənniləri də həvəsə gətirib, Emin Bədəlov, Kərim və Röya mahir oynamaqda rəqqaslardan geri qalmayıb.

Gecənin irəliləyən dəqiqələrində "Kim nə bacarır" teleşousundan populyarlaşan Ceyhun Aygün Kazımovanın qrimində və geyimində səhnəyə çıxıb və "Fatimə" mahnısını oxuyub. Həvəskar aktyorun olduqca uğurlu təqlidi bütün iştirakçıları heyrətə salıb. Qonaqlardan bəziləri orijinal Aygün Kazımovanın məclisdə olmasını arzu ediblər.

Tədbir gec saatlaradək diskoteka ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə