Ceyhundan Sevil və Sevincə sərt sözlər VİDEO

"33 sual" rubrikasının qonağı bu dəfə müğənni Ceyhun Əliyev olub. SİA-nın məlumatına görə, sənətçi əkiz bacılar Sevil və Sevinc Səfərovalar haqqında qalmaqallı sözlər deyib: "Sevil və Sevinc bacıları mahnı istədi. Aramızda münaqişə oldu. Məndən yaşda balacadılar. Amma mənə dedi ki, sən məndən ağıllısan? Ortada heç nə yoxdur, bunlar mahnı istəyir. Dilləri də nə boyda.

Baxıram dicey Roşka ilə mahnı ediblər. Orada mənim bəstəm olan "Orasına-burasına"nı oxuyurlar. Siz müğənnisiniz, zəng edib icazə almalısınız. İnsanlıq xatirinə bu edilməlidir. Danışanda elə bilirsən ki, hamısı göydən düşən mələkdir. Ondan sonra dedim ki, heç vaxt onlara mahnı yazmaram.

Bir dəfə də "Hit-parad"da mənim fotomu götürüb atdılar. Dedilər, Ceyhun Elza Seyidcahana hörmətsizlik edib. Siz də mənə hörmətsizlik etdiniz. Sevil-Sevinc mənim evimdə olub, çörək kəsiblər".

Qeyd edək ki, Ceyhun müğənni Damlanı müdafiə etmək üçün onun şəklini cıran Əməkdar artist Elza Seyidcahanın fotosunu yandırmışdı. Sevil və Sevinc də buna münasibət bildirərək, Ceyhunu tənqid ediblər. İfaçılar arasındakı qalmaqal həmin hadisədən sonra başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə