Zümrüd "Sevgililər günü"ndə avtomobil qəzası keçirdi

Aparıcı Zümrüd Bədəlova avtomobil qəzası keçirib. SİA-nın məlumatına görə, o, bu haqda idarə etdiyi verilişində danışıb: "Səhər işə gəlirdim, maşınımı "Xəzər"in dayanacağına saldım. İçəri girəndə başqa maşına çırpıldım. Günah məndə idi, sürətlə sürürdüm. Yazıq qarşı tərəfin maşınının qabağı yox oldu.

Onun da Sevgililər gününü pis hala saldım. Heç vaxt sürətli maşın sürmümrəm. Amma dünən kefim yaxşı idi, bilmirəm niyə oldu.

Maşından endim. Oğlanla göz-gözə baxışdım. Deyirəm, filmlərdəki kimi bəlkə bir təsadüfdür. Oğlan dedi ki, mən evliyəm".

Bütün xəbərlər Facebook səhifəmizdə