Xatun Natavanla da barışdı VİDEO

Şou-biznesin daha iki küsülü müğənnisi aralarındakı soyuq münasibətə son qoyub. SİA-nın məlumatına görə, bu dəfə sənətçilər Natavan Həbibi və Xatun Əliyeva barışıb.

Onlar məclislərin birində üz-üzə gəliblər. İfaçılar gecədə mahnılar səsləndiriblər.

Natavan "Damlalar" mahnısını oxuyan zaman Xatun rəqs edə-edə onun qarşısına gəlib. Beləcə, sənətçilər aralarındakı incikliyə son qoyublar.

Qeyd edək ki, sənətçilər arasındakı qalmaqala Xatunun verilişlərin birində açıqlaması səbəb olmuşdu. O, bu sözləri demişdi: "Natavan deyir ki, mən qızılam, brilyantam, məni istəyin. Hər nöqsanımla, aqresiyamla, süni gülüşlərimlə məni qəbul edin. Axı elə deyil. Çox qeyri-səmimidir və onunla danışmıram. Əmr verən hərəkətlər edir: ”Otur yerində”. Şou-biznesin qırığına da, bütövünə də canım qurban. Allah adamı yarımçığından qorusun. Bir dəfə Natavanla aramızda soyuqluq olmuşdu, özü barışdı. Onu başa düşmürəm, məcbur da deyiləm, istəmirəm də. Mənə uşağıyammış kimi davranmağı lazım deyil. Natavan, Səidə, Kərim, Ramal və mən qruplaşma yaratmışdıq. Natavan da orada "anakondalıq" edirdi. Mən də dedim ki, yerində otur. Allah köməyi olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə