Ötən gün Nizami Kino Mərkəzində Oksana Rəsulovanın baş prodüserliyini etdiyi “Sevgi romanı” filminin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, gecəyə məşhur və sənət nümayəndələri qatılıb.
Filmin komandası səhnəyə çıxaraq tamaşaçıları salamlayıb. O.Rəsulova filmin çəkilişi bitməmiş orada iştirak edən gənc rəqqaslardan birinin ölümündən bəhs edib və kövrəlib: “Filmin çəkilişlərində altı rəqqas gəlmişdi: üç qız və üç oğlan. Bu barədə danışmaq mənim üçün çox çətindir. Həmin o rəqqaslardan biri Hacıyev Cavidi itirdik. Onun qardaşı və anası burada əyləşib. Allah ona rəhmət etsin. Bu filmi onun xatirəsinə həsr edirik”.
Qeyd edək ki, filmdə Xalq artisti Kazım Abdullayev, aktyorlar Şəhriyar Əbilov, Azər Aydəmir, aparıcı Zümrüd Bədəlova və başqaları çəkilib.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB