Aparıcı Hacı Nuran xəstəxanalıq olub. SİA-nın məlumatına görə, bu haqda aparıcının özü məlumat verib. Belə ki, o, Xalq aristi Elmira Axundova ilə şəkillərini yayımlayıb və bu sözləri yazıb: "Bu qadını anam qədər sevirəm. Tamaşaçılar üçün o tanınmış müğənni, gözəl səsli Elmira Rəhimovadır, mənim üçün isə ana əvəzi olan bir qadın... Talehin qismətinə bax ki, iki gün öncə mən ona bu xəstəxanada baş çəkməyə gəlmişdim. Bu gün isə o məni ziyarət etməyə gəlib. İnsan dərd, sirr ortağı olarmış. Amma qismətimizdə xəstəxana ortağı olmaq da var imiş. Cəmi bir palata o yana Elmira ananın yatdığını bilirdim. Amma heç pərişan olmağını, üzülməsini istəmirdim. Səhərdən bəlkə 10 dəfə yanıma gəlib, kefimi soruşub. Hal-əhval tutub. Elə bilirəm anam yanımdadır, nazımı çəkir. Mən onun əllərində anamın istisini duyuram. İnanın, özümü bu gün daha yaxşı hiss edirəm. Yəqin sabah bu gündən də yaxşı olacam. Çünki məni sağaldan, mənə güc verən sevdiklərimin və məni sevənlərin məhəbbətidir. Yaxşı ki, varımsız".


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB