Abbasla Zamiq barışdı FOTO

Uzun müddətdir küsülü olan Əməkdar artist Abbas Bağırovla müğənni Zamiq Hüseynovun barışdıqları ilə bağlı xəbərlər yayılıb. SİA-nın məlumatına görə, buna səbəb onların birlikdə müğənni-bəstəkar Nazim Məmmədov tərəfindən fotolarının sosial şəbəkədə yayılmasıdır. Şəkil ifaçılar Moskvada olan zaman lentə alınıb. Fotoda onlarla yanaşı Xalq artisti Röya Ayxan, müğənni Hacı Nazim Məmmədov və stilist Elnur Həsənov da yer alıblar.

Abbasla Zamiqin küsülülüyünə dostlarının təkidi ilə son qoyulub. Müğənnilər birlikdə Rusiyada toy məclisinə qatılıblar.

Qeyd edək ki, Abbasla Zamiq illərdir danışmır, eyni məkanda yer alanda bir-birini görməməzlikdən gəlir. Onların küsülülüyünə səbəb isə Zamiqin diqqətsizliyi olub. Bağırov bildirib ki, həmkarı məkanlardan birində ona "salam" verməyib".

Bütün xəbərlər Facebook səhifəmizdə