Toy günü Aynişanın başına nə iş gəldi? FOTOLAR

Toy günü Aynişanın başına nə iş gəldi? FOTOLAR

Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyevanın toy günü başına iş gəlib. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü danışıb: "Oğlan toyunda qız toyundan tamamilə fərqli obrazda oldum. Əslində bu tərz heç ağlıma belə qəlməmişdi və ümumiyyətlə başqa bir gəlinlik hazırlanmışdı. Son anda texniki problem yaşandı. Toya bir neçə saat qalmış gəlinlik donu axtarışına çıxdıq. Rəfiqələrimin məsləhəti ilə başqa bir gəlinlik evinə getdik. Geyimi seçdim, amma bədən quruluşuma oturtmaq əslində bir neçə gün tələb edirdi. Onu isə bütün işçilər yığışıb bir saata həll etdilər. Hər problem bitmiş halda evə qayıtdım. Anam deyir ki, yaxşı ki, mənə demədin, yoxsa, infarkt keçirərdim".

Qeyd edək ki, fitnes müəllimi Kənanla ailə quran Aynişanın oğlan toyu fevralın 8-də Ağcəbədidə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə