Rəhman Rəhmanov: "Kəskin ağrılarım var, əməliyyat olunacam" ÖZƏL
Əməkdar artist Rəhman Rəhmanovun səhhətində problem yaranıb. SİA-ya bu haqda aktyorun özü açıqlama verib: "Səhhətimdə əməllicə problem yaranıb. Belə ki, öd kisəsi daşı xəstəliyindən əziyyət çəkirəm. Məni çox narahat edir. Tez-tez kəskin ağrılarım olur. Buna görə də həkimlər əməliyyat yolu ilə öd kisəmi xaric edəcəklər. Səhər xəstəxanaya gedəcəm. Həkimlər müayinə etdikdən sonra hansı gün əməliyyat olunacağımı deyəcəklər".
Müəllif: Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB