Azərbaycanın "Eurovosion 2010" mahnı müsabiqəsindəki təmsilçisi Safura Əlizadə may ayında Almaniyaya yola düşəcək. SIA-nın məlumatına görə, ifaçı builki təmsilçilərimiz Eldar və Nigara dəstək olmaq üçün Düsseldorf şəhərinə üz tutacaq. Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də Azərbaycanın bu mötəbər müsabiqədəki iştirakçılarına dəstək olmaq lazımdır: "Baxmayaraq ki, "Running scared" mahnısı məni o qədər də təsirləndirməyib, amma məncə, Eldar və Nigar duetinə, onların səs imkanlarına məhz bu mahnı uyğun gəlir. Bizə sadəcə olaraq, duetimizə uğurlar arzu etmək və onların "Eurovision" səhnəsində necə çıxış edəcəyini gözləmək qalır", – deyə, ifaçı əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB