Tanınmış müğənni Lalə Məmmədova radio və televiziya verilişlərində səslənən bayağı və şit musiqini dinləməkdən tükənib. SİA-ya açıqlama verən müğənni bildirib ki, bu cür mahnılar gələcək nəsillər üçün təhlükəlidir: "Radio və televiziya verilişlərində bayağı və şit musiqidən bezmişəm. Bu hall şou-biznes aləmində məni özümdən çıxarır. Yeni gənc nəsl yetişir, lakin əfsuslar olsun ki, onlar daha çox ara bəstəkarlarına müraciət edirlər. Axı, bizim professional bəstəkarlarımız var. Bu, bizim əsrimizin bəlasıdır, çox heyfslənirəm", - deyə müğənni bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB