Gülay: "Sevil və Sevincin səsi batıb" FOTO

Gülay: "Sevil və Sevincin səsi batıb" FOTO

Müğənnilər Sevil və Sevinc Səfərova sosial şəbəkədə həmkarı Gülay Zeynallı ilə bağlı paylaşım edib. SİA-nın məlumatına görə, bacılar ifaçının "İnstagram"da yazdığı "Çox üzüldüm, eşitdim səsləri batıb. Çox pis xəbər oldu, mən indi kimi dinləyəcəm..." sözləri analarının ciddi qəbul etdiyini vurğulayıblar: "Sizə görə anamın şəkəri qalxıb. Ağlaya-ağalaya zəng edib ki, hamı mənə yığır, səsiniz batıb. Doğrudur, nə olub?".

Qeyd edək ki, Gülay verilişlərin birinə çəkilən zaman aparıcının suallarının hamısına cavab verməyib. Buna görə də o, qaydaya əsasən əkizlərin şəklini yayımlayaraq, bu sözləri yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə