Əməkdar artist Könül Kərimova Xalq artisti Nazpəri Dostəliyeva ilə aralarında yaşanan gərginliyə münasibət bildirib. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində danışıb: “Mən soyuqluğun fərqinə varmadım, ciddiliyinə getmədim. Nazpəri xanımla aramızda 10 yaş fərq var. Özümdən böyük sənətkarlara heç vaxt hörmətsizlik etməmişəm, etmərəm də. Gözləməmişəm ki, böyük mənə salam versin, sonra onu salamlayım. Hərənin bir xarakteri var. Ailəmdən aldığım tərbiyə buna imkan verməz. Üz-üzə gəlib dava-dalaş etməmişik. Bu barədə danışa bilməyəcəm. Çox əziyyət çəkmişəm, bunlar mənim gözümdə xırda şeylərdir və əhvalımı poza bilməz. Orada neyləməliydim? Kim mənə necə davranırsa, qarşılığını da alır”.
Qeyd edək ki, N.Dostəliyeva veriliş zamanı hər kəslə görüşsə də, K.Kərimova ilə salamlaşmamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB