Məşhurlar bir arada FOTOLAR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Gəncləri günü münasibətilə Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində konsert keçirilib. SİA-nın məlumatına görə, konsertin aparıcısı Humay Muxtarova çıxış edərək gələn qonaqları salamlayaraq vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bu münasibətilə hər kəsi təbrik edən aparıcı səhnəyə müğənni Rüfət Axundovu dəvət edib. Sənətçi sevilən mahnıları ilə gələn qonaqlara xoş əhval-ruhiyyə bəxş edib.

Konsertə qonaq qismində qatılan müğənnilər Aynur Dadaşova, Rahidə Baxışova, Türkanə, Vahidə və Elçinin çıxışları böyük rəğbət və alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə