Əməkdar artist Ülviyyə Əliyeva serialların birində rol almaq istədiyini bildirib. SİA-ya bu haqda aktrisanın özü açıqlama verib: "Bildiyiniz kimi, "Ay yay yay" serialında rol almışdım. Bir müddətdən sonra həmin ekran işindən ayrıldım. Çünki tamaşalarda oynamaq, aparıcılıq etmək, filmdə rol almaq mənim üçün çətin idi. Həm yorğunçuluqdan, həm də vaxt məhdudiyyətindən serialdan getməli oldum. Amma hazırda yaxşı bir ekran işindən təklif gəlsə, qəbul edərdim. Çünki Azərbaycan tamaşaçısının səviyyəli seriala baxmaq haqqı var".
Müəllif: Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB