Azərbaycanlı məşhurlardan daha bir duet AÇIQLAMA-VİDEO

Azərbaycanlı məşhurlardan daha bir duet AÇIQLAMA-VİDEO

Müğənnilər Aysel Əlizadə və Nuray Məhərov bir araya gəlib. SİA-ya bu haqda Aysel açıqlama verib: "Nurayla iş birliyinə imza atdıq. Belə ki, 2020-ci ildə ilk işimizi təqdim etdik. "Səni çox sevirəm" adlı mahnını ekranlaşdırdıq. Klipin çəkilişləri 4 dəfə planlaşdırılsa da təxirə düşdü. Bunun da səbəbkarı mənəm. Amma hər gec alınan işdə xeyir var. Xüsusi ilə qeyd edim ki, klip çəkilişində zəhməti olan hər kəsə təşəkkür edirəm".

Nəzərinizə çatdıraq ki, "Səni çox sevirəm" adlı klipi rejissor Rəşad Həsənov lentə alıb.

Qeyd edək ki, mahnının sözləri Bəxtiyar Əliverdiyevin, musiqisi isə Nuray Məhərovundur.

Bütün xəbərlər Facebook səhifəmizdə