“Səs uşaqlar”ın yayım tarixi bəlli oldu VİDEO

“Səs uşaqlar”ın yayım tarixi bəlli oldu VİDEO

“Səs uşaqlar” layihəsinin yayım tarixi bəlli olub. SİA-nın məlumatına görə, layihənin ilk yayım günü 26 yanvara planlaşdırılsa da, sonradan tarix dəyişib.

Veriliş 7 fevral 21.30-da İTV-də ekrana gələcək. Artıq yarışmanın tanıtım çarxı da yayımlanıb.

Qeyd edək ki, layihənin münsifləri Xalq artisti Zülfiyyə Xanbabayeva, müğənni-bəstəkar Murad Arif və “Eurovision” təmsilçimiz Çingiz Mustafayevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə