Aparıcı Hacı Nuran Hüseynov günlərdir doğum gününü qeyd edir. SİA-nın məlumatına görə, aparıcı doğum gününün yekununu Xalq artisti Fəxrəddin Manafovun evində vurub: "Bu gün minlərlə, bəlkə də milyonlarla təbrik aldım. Əslində, bu təbriklər mənim üçün bir ay əvvəldən başlayır. Bir az özümü yeni doğulan uşaq kimi hiss edirəm. Sevinirəm, fərəhlənirəm. Anamın sözü yadıma düşür: Ad gününü böyüyə keçirərlər, uşağa yox. Uşaq onsuz da nə baş verdiyini anlamır, böyük isə başa düşür ki, yaşa dolur, sona bir addım da yaxınlaşır. Mən hər ad günümdə dünyası dəyişmiş atamı və anamı xatırlamasam olmur. Özümdən asılı deyil. Axı, onlar olmasaydı, mən də doğulmazdım və mən anamı bu gün də xatırladım. İllah da Vahidə xanımın doğma, səmimi simasını görəndə. İlahi, insan bu qədərmi mehriban, canayaxın olar? İnsan onda bir ana şəfqəti, bir bacı sevgisi hiss edir. Yəqin bu səbəbdəndir ki, Fəxrəddin Manafov kimi sənətkarı illərdir özünə məftun edib. İki gözəl insanın mənim üçün özəl bir süfrə hazırlaması o qədər gözlənilməz idi ki... Gözlənilməz olduğu qədər də xoş, fərqli idi. Günün yorğunluğunu bu ocaqda unutdum. Çox xoş oldu. Əzizlərim, yaxşı ki, varsınız. Gözəl və özəl günümə sizinlə yekun vurmaq çox möhtəşəmdir!".
Qeyd edək ki, Hacı Nuran Hüseynovun 42 yaşı tamam olub.


Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB