Əməkdar artist Aybəniz Haşımova bu gün qızı Aynişan Quliyevaya qız toyu edəcək. SİA-nın məlumatına görə, bir neçə gün əvvəl Kənan adlı fitnes müəllimi ilə nikaha girən Aynişanla bağlı sənətçi sosial şəbəkədə kövrək paylaşım edib: “Bu da ömrümün son, ən böyük imtahanı...Qızım, səni sevdiyinin mənzilinə yola salıram. Bilmirəm ürək sözlərimi, arzularımı haradan başlayıb, harada bitirim...Titrəyən əllərim hərflərin əlində bahar yelinə bənzəyir...Özüm isə, donmuşam.... Nə baş verir?... Qızım, sən doğrudan böyüdün?...Yoxsa, mən qocalmışam?... Əllərim niyə belə əsməyə başladı?...Yoxsa, səni 28 il qucağımdan, bağrımın başından qoparıb... Səndemə nə yaman çətin imiş. Həyatın ən çətin imtahanı buymuş. Balam, hər səhər yuxudan oyadanda, ayaqlarının altında ölməsəm ürəyim rahat olmurdu. Ən böyük sevgilim... Bilirsən?...sən mənim ürəyimdə məskən quranda ürəyimdə dedim. “Sən mənimsən, mənim”... Səni bütün günü sevdim... Əlini sevdim, üzünü sevdim, gözlərini, o, bapbalaca vuran ürəyini sevdim.
Hal-hazırda bu sətrləri göz yaşlarımda boğularaq yazıram. Amma qurban olum, sən ağlama. Sən heç vaxt ağlama. Sənin gözlərindən sevinc yaşları axsın. Bilirsən, niyə kövrəldim? Çünki bir vaxtlar sağ qalacağıma, bu günü görə biləcəyimə heç ümidim yox idi. Şükür bu günə. Allahın sayəsində mənə Kənan kimi dəyərli bir oğul bəxş etdi. Şükür ki, igidin əmanətini igidə əmanət edirəm. Oğlum Kənan, balama yaxşı bax. O mənim varım-yoxum, bircə balamdır. Allah sizi xoşbəxt etsin”.
Qeyd edək ki, oğlan toyu fevralın 8-i olacaq. Şəhər restoranlarından birində baş tutacaq məclis mediaya qapalı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB