Röyadan Aynişana: "Şəhid qızı ailə qurur" FOTOLAR

Röyadan Aynişana: "Şəhid qızı ailə qurur" FOTOLAR

Xalq artisti Röya Ayxan bir gündən sonra toyu olacaq Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişan Quliyevanın nikahdan fotosunu sosial şəbəkədə yayımlayaraq təbrik edib. SİA-nın məlumaına görə, ifaçı paylaşımına bu sözləri yazıb: "Övlad başqa varlıqdır! Biri çıxar, düşünmədən bir söz deyər və bu, hər kəsi dərin silkələr. Bəzən də bir sənətkar hər səhvi, hər düzü özü kimi bilər. Və hamı, ana-bacı onu dəstək seçər. O şəxs Aybəniz Haşımovadır.

Yaşadığı həyat, gördüyü haqsızlıq onu yormadı, gələcək üçün gözəl bir qız böyütdü! Hamımıza “bu gün qismət olsun” deyib hər kəsi təbrik edirəm. Bir şəhid qızı bu gün ailə qurur. Ona böyük sevgi və səbr arzu edirəm, dualarımız onunladır. Gözəlim, xoşbəxt ol”.

R.Ayxanın təbrikini A.Haşımova cavabsız qoymayıb: "Röya hər kəsin sevimli müğənnisi və arzusudur. Mənim isə qollarımın arasında günlərlə, bəlkə də, aylarla-illərlə laylasını oxuduğum körpəmdir. Övladımdan öncə onu qucağımda sevdim, onu bağrıma basanda, beşiyinin başında layla deyəndə ağlımdan belə keçməzdi ki, həmin körpə bu gün bütün Azərbaycanın sevimli müğənnisi olacaq. Bu günə şükür! Bacım Telli xanımın əmanət balası, diqqətinizə görə çox sağ olun”.

A. Quliyeva isə Röyanı xoş gününə dəvət edib: "Əzizim Röya, səhnəyə ilk gəldiyiniz gündən bu günə kimi mahnılarınızı yorulmadan sevə-sevə dinləyirəm. Məni təbrikiniz sevindirdi. Sizi ən xoş günümdə yanımda görmək məni çox xoşbəxt edər".

Qeyd edək ki, A.Quliyeva fitnes müəllimi Kənan Əliyevlə nikah bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə