Əməkdar artist Ülviyyə Əliyeva yeni filmdə rol alıb. SİA-ya bu haqda aktrisanın özü açıqlama verib: "Yeni filmdə rol almışam. Ekran işi "Yarımçıq" adlanır. Filmin çəkilişləri artıq bitib. Ekran işində mənimlə yanaşı baş rolda aktyor Məcid Hüseynov rol alıb. Filmin rejissoru elə Məcidin özüdür. Ekran işi komediya janrındadır. "Yarımçıq" filminin qala gecəsi mart ayının əvvələrində baş tutacaq. Bir çox kinoteatrlarda nümayiş olunacaq".
Müəllif: Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB