Müğənni Tacir Şahmalıoğlu həmkarı İlahə Fədanın onu tənqid etməsini ələ salıb. SİA-nın məlumatına görə, Şahmalıoğlu bu dəfə oğlunu qucağına alaraq, paltarda və başında papaqla hamama girib. O, videoda bu sözləri deyib: “Uşağı çimizdirmək istəyirəm. Soyunanda söz-söhbət olur. Çox adam deyir ki, uşağı niyə soyundurub çimizdirirsən. Mən də daha belə paltarlı çimizdirəcəm”.

Qeyd edək ki, İlahə həmkarının yeni doğulan oğlu ilə hamamda çimərkən çəkdirdiyi videosunu tənqid etmişdi. O, Tacirin ünvanına bu sözləri demişdi: “Biz tərəfdə 40-45 yaşlı kişilər övladlarının adını da çəkmirdilər. Bir oğlu olub. Gah hamamda lüt video çəkdirir yayır, gah nə edir. Nə olub? Kimə nəyi sübut edirsən?"

Bütün xəbərlər Facebook səhifəmizdə