Yataq xəstəsi olan Ağakərimin yeni görüntüləri VİDEO

Uzun müddətdir xəstə olan meyxanaçı Ağakərimdən yeni xəbər var. SİA-nın məlumatına görə, verilişlərin biri meyxanaçının evində qonaq olub.

O, müsahibə verməkdə çətinlik çəkib. Sənətçinin oğlu Ağakərimin vəziyyətinin əvvəl normal olduğunu, sonradan pisləşdiyini bildirib: “Bir ildir ki, yataq xəstəsidir. Əvvəl o, bizə baxıb, indi isə ona baxmaq bizim borcumuzdur”.

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci il martın 30-da beynə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə