Azərbaycanlı aktrisanın səsi batdı ÖZƏL

Əməkdar artist Ülviyyə Əliyeva yaradıcılığında yenilik edəcək. SİA-ya bu haqda aktrisanın özü açıqlama verib: "Mart ayının 10-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrda rol aldığım "5 manatlıq gəlin" tamaşasının premyerası olacaq. Tamaşanın rejissoru Əsgər Əsgərovdur. Tamaşada məndən başqa Xalq artistləri Fatma Mahmudova, İlham Namiq Kamal yer alıb. Tamaşa 30-cu illərdən, milli dəyərlərin tapdalanmasından bəhs edir. "5 manatlıq gəlin" çox maraqlı tamaşadır. Hər kəsi tamaşaya baxmağa dəvət edirəm".

Əliyeva hazırda xəstə olduğunu da vurğulayıb: "Hazırda xəstəyəm. Qrip olmuşam. Hətta səsim batıb. Müalicə alıram. Amma işlərimə fasilə verməmişəm. İşlərimin başındayam".

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə