“Rəngarəng” yerli teleməkana rəng qatacaq

“Rəngarəng” yerli teleməkana rəng qatacaq
Lider TV-nin efirində yeni və çox fərqi "Rəngarəng" verilişi start götürür. SİA-nın məlumatına görə, uzun illərdir, televiziya sahəsində çalışan rejissor Aynurə Tahirqızının və "Ulduz" prodakşının təşkilatçılığı ilə baş tutan layihənin aparıcısı Zaur Nəbioğludur.

Verilişdə sənət, şou, idman və digər peşə sahibləri qonaq olacaq. "Rəngarəng"də çəkiləcək şəxsin ən yaxın ətrafı maraqlı açıqlamalar çıxış edəcəklər.

"Rəngarəng"in ilk qonağı səhnəmizin ən modern müğənnilərindən olan Rəhim Rəhimlidir. Çəkiliş zamanı müğənninin uzun illərdir, sirr saxladığı şəxsi həyatı açıqlandı. Bununla yanaşı onunla "Tap dostum"da çalışan heyət müğənni barədə danışaraq onun mənfi və müsbət tərəflərini açıqladılar.

Müğənninin həmkarları Ramal və Röya onun haqqında hansı açıqlamalar verdilər? Rəhimin gizli saxladığı şəxsi həyatı barədə bilmək istədikləriniz yalnız Lider TV-nin efirində, hər həftənin cümə günü saat 20:30-da yayımlanacaq ilk "Rəngarəng" verilişi qaçırmayın.

Bütün xəbərlər Facebook səhifəmizdə