Tacirdən İlahəyə: "Kişiyəm, başına oyun açaram" VİDEO

Müğənni Tacir Şahmalıoğlu verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı həmkarı İlahə Fədanın onun ünvanına dediyi tənqidlərə cavab verib: "11 yaşımda bir əsər oxudum, bu vaxta qədər də sevilir. Üç-dörd filmdə çəkilmişəm. Həmin mahnı da "Qızıl fond"dadır. İndiyənə kimi də yazıb-yaradıram. Ona heç xanım da demirəm, o söz ona düşmür. İlahə Fəda, xalq üçün bunları etmişəm, sən nə etmisən?

Çıxıb efirdə kimin əqidəsindən danışır? Kim ona bu haqqı verib? Verilişlərin birində haqqımda ağzına gələni deyib. İsti havada oğlumla girib suyun altına, video çəkmişəm. Deyir ki, kimə nəyi sübut edirsən? Mən kimliyimi sübut etmişəm. Amma sən kimsən bilinmir.

Kimliyini sübut edərəm, amma heyif ki, ortada Fədayə Laçın var. Ondan keçə bilmirəm. Anası da gözəl xanımdır. Anası onun yanında danışmaqdan qorxur. Kimsən çıxıb tərbiyədən danışırsan?".

Həmin an canlı yayıma zəng edən İlahə Tacirin dediklərinə "Qısa deyəcəm: İt hürər karvan keçər. Bu qədər" söyləyərək, telefonu bağlayıb.

Əsəblərinə hakim ola bilməyən T.Şahmalıoğli İlahəni hədələyib: "Düz deyirsən, adam tərbiyədən danışır. 10 milyon xalqın qarşısında bu sözdür deyirsən? Sənə ayıb olsun. Get, güzgünün qabağında dur, gör qadına oxşayırsan? Kim sənə bu haqqı verib ki, belə danışırsan? Kişiyəm, başına oyun açaram. Sadəcə kişiliyimə yaraşmaz. Mənə ayıb olar, durub hansısa qadınla mübahisə edim. Onunla heç bir problemim, qəsdi-qərəzliyim yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə