Nazilədən Tolikə cavab: “Keçmişimdən utanmıram” FOTO

Prodüser Tarix Əliyev (Tolik) və şairə Nazilə Səfərli arasında qalmaqal yaşanmışdı. SİA-nın məlumatına görə, Tolik doğum gününü qeyd edən sənətçinin arxiv fotosunu paylaşaraq “sən həyatda ən gözəlinə Allah tərəfindən yox, həkimlər tərəfindən layiq olmusan” sözlərini yazmışdı.

Nazilə Səfərlinin də prodüserə cavabı gecikməyib. O, arxiv fotosunu sosial media hesabında yayımlayaraq bu sözləri yazıb: "19 yaşımda qızıl dişlərim də olub. Keçmişimdən utanmıram. Dəyişən sadəcə yaşımdır”.

Qeyd edək ki, Toliklə şairə arasında bir neçə ay öncə də qalmaqal yaşanmış, tərəflər daha sonra barışmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə