“Biləcəridən o tərəfə - Bonjour Glamour”

“Biləcəridən o tərəfə - Bonjour Glamour”
Azərbaycanlı müğənni Səbinə Babayeva H.O.S.T. qrupunun üzvlərindən olan PRoMete ilə birlikdə Azərbaycanın "qlamur"larına həsr olunan "Biləcəridən o tərəfə - Bonjour Glamour" adlı kompozisiyanı duet şəklində səsləndiriblər. Bu barədə sənətçilər SİA-ya özləri məlumat veriblər: "Hazırda ətrafımızda pafoslu, ağız dolusu danışan "qlamur"lar var. Xaricdə olub kənardan onları müşahidə edəndə görürsən ki, həmin qlamurlar Biləcəridən o tərəfə keçmək iqtidarında deyillər", - PRoMete deyib.

"Qlamur - həyat obrazı deməkdir. PRoMete ilə ikimiz Azərbaycanda qlamurların olmadığını iddia etmirik. Sadəcə, əsl qlamurların necə olduğunu mahnıda göstərmək istəyirik" – bunu isə Səbinə əlavə edib.

Sözügedən trek əcnəbi hit musiqilərdən birinə yazılıb, yaxın vaxtlarda təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə