Gülbahar mərhum əri haqda: "Elə bilirdim öləcəm, yaşaya bilməyəcəm" FOTO

Əməkdar artist Gülbahar Şükürlü dünyasını dəyişən həyat yoldaşı Zahidlə bağlı etiraf edib. SİA-nın məlumatına görə, o, bu haqda sosial şəbəkədə yazaraq onun üçün çox darıxdığını yazıb: "Həyatda güvəndiyim, çox arxalandığım, hədsiz inandığım ürək sirdaşım, məsləhət verənim, başımın tacı, gözəl insan - Zahid, həmişə qəlbimdəsən. Dünyanın ən gözəl atası, övladı, babası, dayısı, həyat yoldaşı... Abırlı, həyalı insan idi.

Allah, gözlərimin parıltısını apardı. Həyat çox amansızdır. Adam ölənin arxasınca ölmür, amma pis günə qalır. Elə bilirdim öləcəm, yaşaya bilməyəcəm. Hətta hamı adamdan bezir".

Bütün xəbərlər Facebook səhifəmizdə