"Məni qadın və ana kimi xoşbəxt edən həyatımın yoldaşı..." FOTOLAR

Bu gün Xalq artisti Zülfiyyə Xanbabayeva üçün xoş gündür. SİA-nın məlumatına görə, ifaçının həyat yoldaşının doğum günüdür. Bu haqda sənətçinin özü xəbər verib. Belə ki, Xanbabayeva həyat yoldaşı və qızı Dənizlə yeni fotolarını sosial şəbəkədə yayımlayıb və ərini təbrik edib: "22 il bir göz qırpımında keçdi. Bu illərimin dostu, sirdaşı... Məni qadın və ana kimi xoşbəxt edən həyatımın yoldaşı, ad günün mübarək".

Bütün xəbərlər Facebook səhifəmizdə