Türkiyə, Moldova və Maltanın “Eurovision-2011” təmsilçiləri promo tur çərçivəsində İctimai Televiziyada olacaqlar
Türkiyə, Moldova və Maltanın "Eurovision-2011" təmsilçiləri promo tur çərçivəsində Bakıda İctimai Televiziyada olacaqlar. SİA-nın məlumatına görə, bu barədə İctimai Televiziyanın ictimaiyyətlə əlaqələr və internet şöbəsindən məlumat verilib.
Türkiyənin "Eurovision-2011" mahnı müsabiqəsinin təmsilçisi "Yüksek Sadakat" qrupu promo tur çərçivəsində aprelin 4-də Azərbaycana gələcək. Bununla yanaşı, Almaniyanın Düsseldorf şəhərində keçiriləcək müsabiqədə Moldova adından çıxış edəcək "Zdob şi Zdub" qrupu da aprelin 6-da Bakıda olacaq. Malta təmsilçisi Glen Vella isə promo tur çərçivəsində aprelin 10-dan sonra Azərbaycana gələcək.
Bakıda olduqları müddətdə Eurovision yarışmasının iştirakçıları İctimai Televiziya proqramlarında iştirak edəcək.
Qeyd edək ki, Türkiyə "Eurovision-2011" Mahnı Müsabiqəsinin mayın 10-da keçiriləcək birinci yarımfinal mərhələsində çıxış edəcək. "Yüksek Sadakaq" qrupu müsabiqədə "Live it Up" mahnısı ilə təmsil olunur. Birinci yarımfinalda iştirak edən Malta nümayəndəsi Glen Vella "One Life", mayın 12-də keçiriləcək ikinci yarımfinal mərhələsində olan Moldovanın təmsilçisi "Zdop Şi Zdub" qrupu isə yarışmada "So lucky" mahnısını ifa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB