Sıla və Hazer Amani bal ayı üçün Romaya getdi FOTOLAR

Bir neçə gün bundan öncə ailə həyatı quran Sıla Hazer Amani İstanbul Havalimanında jurnalistlərin fotokameralarına tuş gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, cütlük jurnalistlərə belə açıqlama verib: "Ailə və dostlarımız arasında toy etdik. Hazırda bal ayı üçün Romaya gedirik. Orada dostlarımızla görüşüb, istirahət edəcəyik".

Sıla və Hazer Amaninin Romaya 3 çamadanla getdiyi diqqətlərdən yayınmayıb.

Nikahdan sonra Nişantaşında 100 nəfərlə özlərinə toy edən cütlüyün nə qədər pul xərclədiyi ortaya çıxıb. Məlum ki, onlar özəl günlərinə 100 min pul xərcləyiblər.

Sonda onu da qeyd edək ki, bəzi türk saytlarının yaydığı məlumata görə Sıla hamilədir. Buna görə cütlük toyu tezləşdirib.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə