“Ay və gün” adlı yeni maqazin jurnalı işıq üzü görəcək

“Ay və gün” adlı yeni maqazin jurnalı işıq üzü görəcək
"Ay və gün" adlı yeni maqazin jurnalı işıq üzü görəcək. SİA-nın məlumatına görə, xalq artisti Aygün Kazımovanın mənəvi dəstəyi ilə çap olunacaq jurnalın əsas siması da elə Aygün Kazımovanın özüdür.

Ayda bir dəfə nəşr olunacaq jurnalın ilk sayında A. Kazımovanın son əməliyyatından fotosessiya, qeyri-adi müsahibə də və digər maraqlı rubrikalar yer alıb.

Müsahibədə Aygünün heç yerdə etmədiyi etirafları ilə də qarşılaşacaqsınız. Jurnal böyük oxucu kütləsinə hesablanıb.

Məlumat üçün bildirək ki, yaxın günlərdə xalq artisti Aygün Kazımovanın iştirakı ilə "Ay və gün"ün təqdimatı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə