Türkiyəli aktyor-aparıcı Kenan İmirzalıoğlu aktrisa xanımı Sinem Kobal ilə mərasimlərin birinə gələrkən jurnalistlərin fotokameralarına tuş gəlib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Kenan media mənsublarına "Sinemə soyuq olmasın" deyərək gəldiyi tədbirə daxil olub.


Cütlük mərasim bitdikdən sonra yenidən jurnalistlərlə qarşılaşıb. İmirzalıoğlunun üşüyən həyat yoldaşına pencəyini verməsi də media mənsublarının fotokameralarından yayınmayıb.

Müəllif: Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB