Müğənni Nadir Qafarzadə “Sən ürəksən ürək” adlı mahnısına çəkdirdiyi klipi təqdim edib. SİA-nın məlumatına görə, yeni işindən bəhs edən Nadir bu sözləri deyib: “Bu mövsümdə yaradıcılığımda bir çox yeniliklər olacaq. Yeni mahnılar, kliplər, fotosessiyalar və adını hələ açıqlamayacağım bir layihə həyata keçirəcəyəm. “Sən ürəksən ürək” adlı mahnının klipi Şamaxıda lentə alınıb. Ekran işi bir günə çəkilib. Bu işdə əziyyəti keçən hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, bəstənin müəllifi Murad Zeynaldır. Ekran işinin rejissorluğunu Ertoğrul Kemalov edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB