Roza Zərgərlinin ad günündə kimlər vardı?- FOTO

Roza Zərgərlinin ad günündə kimlər vardı?- FOTO
Dünən müğənni Roza Zərgərlinin doğum günü idi. SİA-nın məlumatına görə, müğənni bu ilki ad gününü ən yaxın dostlarının ətrafında keçirib. Məkanın klassikası və romantik ab-havası Rozanın lap ürəyincə olub.

Müğənni burada qonaqlarına sürpriz etdi. O, "İki nəfərlik stol" klipini təqdim etdi. Klipin rejissoru Fuad Əlişovdur. Onu da bildirək ki, klipdə Klan-A-Plan rep qrupu da çəkilib.

Mahnının musiqisinin müəllifi qrupun keçmiş üzvü, mərhum reper Rüfətdir, sözləri isə Timondur.

Müğənnini təbrik etmək üçün həmkarları arasında əməkdar artist Tünzalə Ağayeva, Ədalət Şükürov, müğənnilər Samira, Yaşar, Samira, Elnur və "Klan-a-Plan" qrupu var idi. Mərasimdə həmçinin Gürcüstandan təşrif buyurmuş müğənnin vokal üzrə müəllimi Mziya Qambajidze də gözümə dəydi.

Bütün xəbərlər Facebook səhifəmizdə