Röya və Yaşardan gözlənilməz addım ÖZƏL-FOTO

Xalq artisti Röya Ayxanla müğənni Yaşar Cəlilov bir araya gəlib. SİA-ya bu haqda Cəlilovun prodüseri Vüsalə Kərimova özəl açıqlama verib: "Yaşar Röyanı hədsiz dərəcədə çox istəyir. Buna görə də Yaşar Röyaya birgə duet oxumaq təklifi etdi. O, da məmnuniyyətlə Cəlilovun dəvətini qəbul etdi. Yaşar Xalq artistinə "Gəlmə yaxınıma" adlı yeni mahnını dinlətdirdi. Bu bəstə Röyanın çox xoşuna gəldi. Röya Yaşarla həmin mahnını duet şəklində oxudu. "Gəlmə yaxınıma" adlı mahnı artıq hazırdır. Sözügedən bəstəni kliplə birgə tamaşaçılara təqdim edəcəyik.

Hazırda ekran işinin çəkilişləri üçün gün təyin olunur və ssenari işlənilir. Klipi Röyanın bir çox ekran işlərinin müəllifi olan rejissor Əli Fərhad lentə alacaq. Klipdə R.Ayxanın üzərində stilist Elnur Həsənov çalışacaq.

Sonda onu da qeyd edim ki, "Gəlmə yaxınıma" adlı mahnını Yaşar Cəlilova ad günündə mən hədiyyə etmişəm. Bu bəstənin kliplə ərsəyə gəlməsi mənim üçün çox sevindirici haldır".

Qeyd edək ki, mahnının sözləri Leyli Erolun, musiqisi Pərviz Mahmudovun, aranjemanı isə Tərlan Məmmədhüseynovundur.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...