Türkiyəli müğənni Sıla aşpaz Hazer Amani ilə ailə həyatı qurub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Sılanın nikah şahidi meneceri Sərkan Güneylə musiqi direktoru Burak Ərkul, Hazerin isə şoumen Bəyazid Öztürk və Kamal İnal olub. İfaçı nikahını hər kəsdən gizlətmək üçün mərasimi Nişantaşındakı evində gerçəkləşdirib.






Sıla gəlin ayaqqabısının altına rəfiqələrinin adını yazıb.

Cütlük nikahdan sonra Nişantaşında yerləşən məkanların birində ailələri və dostlarının iştirak etdiyi 100 nəfərlik məclis təşkil ediblər. Məclisdə bir çox məşhur simalar iştirak edib.







Qeyd edək ki, sevgililər bal ayı üçün Romaya yollanacaqlar.
Müəllif: Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB