Uzun müddətdir reanimasiyada olan müğənni Metin Şentürkün atası Şükrü Şentürk 90 yaşında vəfat edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, mərhum bu gün "Fatih" məscidində qılınan günorta namazından sonra "Köhnə qozlu" qəbiristanlığında dəfn edilib.
Metin Şentürkü pis günündə sənətçi dostları tək qoymayıb. Cənazəyə Oktay Kaynarca, Olgun Şimşek, Şoray Uzun qatılıb.
Metin Şentürk atasının vəfatı ilə bağlı bu sözləri dilə gətirib: "Ailəm adından deyirəm ki, itkimiz böyükdür. Atamız rəhmətə getdi. 90 yaşlı atam 1 ay olardı ki, xəstəxanada müalicə alırdı. Dəhşətli ağrıları yox idi. Amma Allah belə məsləhət gördü".


Müəllif: Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB