Röyanın məşhurlarla çəkdirdiyi klipi VİDEO

Röyanın məşhurlarla çəkdirdiyi klipi VİDEO

Xalq artisti Röya Ayxan 2020-ci ildə ilk layihəsini təqdim edib. SİA-nın məlumatına görə, sənətçi bu dəfə rus dilində ifa etdiyi “Влюблена” mahnısını ekranlaşdırıb. Ekran işinin rejissoru Fərhad Əlidir. Bəstənin müəllifləri isə Kamran Qafarlı və Rəşad Bağırovdur.

Maraqlısı odur ki, klipdə şou-biznesin məşhur simaları da yer alıblar. Çəkilişlər iki gün davam edib və R. Ayxan üç obrazda kamera qarşısına keçib. Xalq artistinin stili üzərində Elnur Həsənov və Leyla Məmmədova çalışıb.

Qeyd edək ki, Röya bundan əvvəl "Həsrət nəğməsi" klipində də məşhur simaları çəkmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə