Aparıcı-prodüser Vüsalə Kərimova sosial şəbəkədə izləyicilərin marağına səbəb olacaq video yayımlayıb. Görüntülərdə müğənni Yaşar Cəlilov prodüseri Vüsaləni makiyaj edir.
Video ilə bağlı Kərimova SİA-ya açıqlama verib: "Yaşar Cəlilovla televiziya kanallarının biri üçün verilişə çəkildik. Proqramın mövzusuna uyğun olaraq Yaşar yaxınlarından birini makiyaj edib, tərzini dəyişməli idi. O, da məni bəzədi. Həmin çəkilişlər öz salonumuzda baş tutdu. Yaşar birinci dəfə makiyaj etsə də çox bəyəndim və razı qaldım. Sözügedən veriliş tezliklə efirdə yayımlanacaq".
Müəllif: Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB