Xalqımızın gözəl bayramlarından olan Novruzun gəlişi yerli mətbuatı bir araya topladı. SİA-nın məlumatına görə, baş tutan mərasimə Azərbaycanın ən tanınmış jurnalistləri qatılıb. Onların sırasında yazılı mətbuatla yanaşı uzun illərdir, televiziyada çalışan simalar da az deyildi.
Novruz şənliyi yeyib içməklə, qol qaldırıb oyanamaqla yadda qaldı. O ki var rəqs edən jurnalistlər məşhur "Mafia" oyunu ilə əyləncələrini davam etdirdilər. Hər zaman haqqın tərəfdarı olan KİV nümayəndələri (Kütləvi İnformasiya Vasitələri) oyun zamanı emosiyaların gizlədə bilmədilər. Sən demə, hər bir jurnalistin daxilində bir "Mafia" yatır. Bu mafia isə təbii ki, Azərbaycan mətbuatının başçısı olmağa iddialıdır.
Qeyd edək ki, həmin gün jurnalist Ceyran Nəriman jurnalistlər üçün sürpriz təqdim etdi. Saytının rəsmi açılışının sevincini ən yaxın həmkar dostları ilə bölüşən Ceyran yeni açdığı İnfoline.az saytının təqdimat mərasimini də keçirib. Ceyran həmçinin bu il "biznes-ledy" iddiasında olduğunu da gizlətmədi. Bu işdə isə həmkarları onu dəstəkləməyə söz verdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB