Azərbaycanlı jurnalist İbrahim Tatlısəsin güllələnməsinə biganə qalmadı

Azərbaycanlı jurnalist İbrahim Tatlısəsin güllələnməsinə biganə qalmadı
Bir neçə gün öncə Azərbaycanın tanınmış jurnalisti, TrendLife-nın şou-biznes yazarı Şahin Cavadsoy Türkiyənin İstanbul şəhərinə yola düşüb. SİA-nın məlumatına görə, türk musiqisinin imperatoru İbrahim Tatlısəsin güllələnməsinə biganə qala bilməyən Şahin ondan reportaj hazırlamaq məqsədi ilə vətənini 4 günlük tərk edib.

Türkiyəyə çatan Şahin İ. Tatlısəsin müalicə olunuğu "Acı Badəm" xəstəxanasına baş çəkib və reportaj hazırlayıb.

Bununla yanaşı Şahin həmçinin Türkiyədə fəaliyyət göstərən azərbaycanlı sənətçilərlə görüşəcək və şəhərin tarixi abidələrini də ziyarət edəcək.

Qeyd edək ki, Türkiyəyə səfər etmək məşhur jurnalistin uşaqlıq arzusu idi. Arzusunu gerçəkləşdirən Şahin İstanbulun Aksaray -Sultanahmet səmtində yerləşən Askoc otelində məskunlaşıb. O, bu gün axşam saatlarında vətənində dönəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə